"Neftçi" "Dinamo"ya qarşı - YENİLƏNİR

09:13 - 30 İyul 2026

Bu gün “Neftçi” Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Belarusun “Dinamo”(Minsk) klubu ilə neytral meydanda qarşılaşacaq.

Bu matçın qalibi üçüncü təsnifat mərhələsində “Jelezniçar”(Pançevo, Serbiya) – “Braqa”(Portuqaliya) cütünün (ilk oyun: 0:1) qalibi ilə qarşılaşacaq.

21:00 “Dinamo”(Minsk) – “Neftçi” (Azərbaycan)

Beroe stadionu, Stara Zaqora (Bolqarıstan). Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

İlk oyun: 4-2

Xəbər xətti