"Sabah"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Lex" "Orxus"la üz-üzə gəlib.
İlk matçda "Lex" rəqibini səfərdə 4:1 məğlub etmişdi. Cavab görüşündə isə Danimarka klubu rəqibini eyni hesabla məğlub edib və qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub.
"Orxus"un futbolçuları daha dəqiq oynadığı üçün növbəti mərhələyə vəsiqə qazanıb.
"Lex" - "Orxus" 1:4(penaltilər: 3:4)
Qollar: Yaqiello 95 - Bex 32, Arnstad 55(p), Tingager 75, Kristyansson 100
