"Qarabağ" növbəti legioner transferini reallaşdıra bilməyib. Ağdam təmsilçisi "Sport Resife"nin mərkəz müdafiəçisi Marselo Ajulla maraqlanıb.
Sportal.az xəbər verir ki, "CanalGoat" saytının jurnalisti Felipe Lunanın iddiasına görə, braziliyalıya iki klubdan təklif gəlib.
Onlardan biri “Alverka”, digəri “Qarabağ” olub. Lakin hər iki klubun təklifi “Sport Resife” tərəfindən geri çevrilib.
"Qarabağ" müdafiəçi üçün təklifini 2025/2026 mövsümü başa çatan kimi göndərib. Lakin Braziliya klubunun rəhbərliyi onu komandada saxlayıb.
Marselonun hazırkı komandası ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
23 yaşlı mərkəz müdafiəçisi “Dubrava”(Xorvatiya), “Yaquar”, “Atletik”(hər ikisi Braziliya) komandalarının formasını geyinib.
saytlarin hazirlanmasi
