“Bavariya”nın keçmiş oyunçusu Leon Qoretzka İspaniyaya yollana bilər.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, alman “Barselona”ya xidmətini təklif edib.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik artıq yarımmüdafiəçi ilə Almaniya milli komandasında və "Bavariya"da işləyib. O, bu variant üzərində hələ ki düşünür.
Xatırladaq ki, Qoretzka hazırda azad agent statusu daşıyır. 31 yaşlı futbolçu “Bohum”, “Şalke”, “Bavariya” klublarında oynayıb.
