"Sabah"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli oldu

11:18 - 30 İyul 2026

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanmış "Sabah"ın pley-offdakı potensial rəqibləri dəqiqləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Orxus" səddini keçərsə, aşağıdakı klublardan biri ilə qarşılaşacaq: 

"Srvena Zvezda” (Serbiya) – “Hapoel Ber-Şeva" (İsrail) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Jalgiris” (Litva) cütünün qalibi
“Slovan” (Slovakiya) – “Myalbü” (İsveç) cütünün qalibi
“Seltik” (Şotlandiya)
AEK (Yunanıstan)

"Sabah" və "Orxus" avqustun 4-5-i və 11-12-də üz-üzə gələcək.

Pley-off mərhələsinin püşkü avqustun 3-də atılacaq.

Xəbər xətti