"Şəfa"nın müdafiəçisi Tərlan Quliyev Sportal.az saytına müsahibə verib.
- "Şəfa" artıq yeni mövsümün hazırlıqlarına start verib. Yeni mövsümə hazırlıq necə gedir, hər şey sizi razı salır?
- Bəli, məşqlərimiz, hazırlıqlarımız davam edir. Məncə, yavaş-yavaş komanda formalaşdıqdan sonra nəsə bir şey demək olar. İndi yeni komandayıq. Hələ adaptasiya dövrü gedir. Tanışlıq dövründə də elə kollektiv formalaşıb ki, hələ çətinlik olmayıb. Xarici və yerli futbolçular arasında da yaxşıdır.
- Komanda artıq yoxlama görüşləri də keçirilib. "İmişli"(2:2) və "Qəbələ"(1:1) ilə oynamısınız. Bu matçlardakı performansınızı bəyəndin?
- İlk oyunumuz “İmişli”yə qarşı idi. Çətin olacağını bilirdik. Çünki yeni formalaşmışq komandayıq. Çətin olması da normaldır. Yüklənmə fonunda oynamışdıq. Sonradan isə “Qəbələ” ilə qarşılaşdıq. Hazırlıq dövrüdür, yükləmə fonunda oynayırsan. Əsas odur ki, zədə olmasın. Hazırlıqlarımız davam edir.
- "Şəfa"nın transferləri davam etməkdədir, legionerlər də gəlir. Yerlilərin, şəxsən özünün oynamaq şansını necə dəyərləndirirsən? Səncə, start heyətində oynamaq imkanın olacaq?
- Qarışıq heyətimiz formalaşır. Hər mövqeyə iki oyunuçumuz olacaq. Bu da yaxşıdır. Rəqabət olacaq. Kim güclüdürsə, o da oynayacaq. Deyə bilmərəm ki, mən oynayacam, başqası, ya kim oynayacaq. Bunu demək doğru olmazdı. Hamı istəklidir, hamı çalışır ki, əsas heyətə düşsün. Bu da komandaya xeyir verən amildir.
- "Şəfa" Premyer Liqanın ilk turunda "Zirə" qarşılaşacaq. Püşkatma sizin üçün münasib olmadı? Çünki "Zirə" sizinlə oyuna qədər xeyli matç oynamış olacaq, siz isə ilk rəsmi matçınıza çıxacaqsınız. Bunun mənfi tərəfi var sizin üçün?
- "Zirə” güclü rəqibdir. Avrokuboklarda da təcrübə qazanmış bir klubdur. Orada işləyən məşqçilərdən tutmuş, oyunçulara qədər hamısı təcrübəlidir. Nəinki “Zirə”, hansı koanda düşsəydi də, çətin olacağını bildirəcəkdim. Bütün rəqiblərə qarşı ağır olacaq. Bunu dərk edirik. Hazırlaşırıq ki, döyüşək, mübarizə aparaq. O oyundan sonra bilinəcək ki, püşkatma xeyrimizə olub, yoxsa necə. Bütün rəqiblərə hörmətlə yanaşmaq borcumuzdur. Biz də diş göstərəcəyik ki, bütün rəqiblər də bizə hörmətlə yanaşsın.
- "Şəfa"nın yeni mövsüm əsas hədəfi yəqin ki, liqada qalmaq olacaq? Heyət buna imkan verəcək?
- Bəli, əsas məqsəd Premyer Liqada qalmaqdır. Mübarizə aparıb, döyüşəcəyik. Heyətimiz yeni-yeni formalaşır, yeni oyunçular gəlir. Zaman lazımdır ki, komanda adaptasiya dövrünü keçsin. Gələcəkdə nəsə fikir bildirmək olar. Məşqçilər korpusumuz da çalışır, işləyir. Əsas odur ki, komandada rəqabət var. Rəqabət olanda, hər bir futbolçuda inkişaf yaşanır. Yeni mərhələdəyik. Əlimizdən gələni edəcəyik ki, elitada qalaq. Gücümüz hara qədər çatırsa, ən yaxşı yerlərdə olaq.
Mirbağırağa
