Premyer Liqa klubundan 45 milyon avroluq transfer

14:34 - 31 İyul 2026

"Lans"ın yarımmüdafiəçisi Mamadu Sanqare karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Brentford" malili oyunçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Brentford" Sanqare üçün Fransa klubuna 45 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Lans" Mamadu Sanqareni 2025-ci ilin yayında Vyana "Rapid"indən 8 milyon avroya transfer edib. Mali millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti