UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasının biletləri 6 avqust, saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Sportal.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiymətləri:
5, 10, 15 və 20 AZN
VIP sektorlar: 50, 75 və 100 AZN
VVIP sektorlar: 150 AZN
Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.
saytlarin hazirlanmasi
