"Araz-Naxçıvan" Slavik Alxasovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı sol cinah müdafiəçisi ilə bağlanmış müqaviləyə onun xahişi əsasında xitam verilib. Klub oyunçuya təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Slavik Alxasov 2024-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edirdi.
saytlarin hazirlanmasi
