"Turan Tovuz"da serbiyalı müdafiəçi - RƏSMİ

15:16 - 6 Avqust 2026

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi serbiyalı müdafiəçi Filip Damyanoviçlə 2 illik müqavilə bağlayıb. Son olaraq Sloveniyanın “Koper” klubunun şərəfini qoruyan 28 yaşlı futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vojdovats” Türkiyədə “Konyaspor”un formasını geyinib.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Dioqo Balau, Aleksey Kenyaykin və Stiv Beusnardla müqavilə imzalayıb.

Xəbər xətti