"Fiorentina"nın yarımmüdafiəçisi Şer Ndur karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" və "Aston Villa" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.
A Seriyası klubu Nduru satmağın əleyhinə deyil. Onlar 22 yaşlı oyunçu üçün 35 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Fiorentina" Şer Nduru 2025-ci ilin yanvarında PSJ-dən 5 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
