Niko Pas üçün Premyer Liqa variantı

14:52 - 12 Sentyabr 2026

"Arsenal" "Komo"nun yarımmüdafiəçisi Nikolas Pası heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayııb.

Premyer Liqa nəhəngi argentinalı futbolçunun transferi ilə bağlı rəsmi təklifi 2027-ci ilin yanvarında irəli sürə bilərlər.

​Pas 2024-cü ildə "Real"dan "Komo"ya keçdikdən sonra A Seriyasının ən diqqətçəkən gənc oyunçularından birinə çevrilib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm İtaliya çempionatında 35 matç keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. O,cari mövsümdə də isə 4 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun keçmiş klubu "Real" vəziyyətə nəzarət imkanını qoruyub saxlayıb. İyun ayında "Komo" Pasın hüquqlarının 60 milyon avroya alıb. Lakin Madrid klub 2027-ci ilin yayında aktivləşdirilə bilən 80 milyon avro məbləğində geri almaq imkanını özündə saxlayıb.

Xəbər xətti