"Сərimə meydançasına 74 dəfə daxil olduq, amma..."

00:02 - 13 Sentyabr 2026

“Tottenhem”in baş məşqçisi Roberto De Dzerbi İngiltərə Premyer Lİqasının 4-cü turunda “Everton”la 0:0 hesablı heç-heçəni şərh edib.

Sportal.az xəbər verir ki, London klubu mövsümün ilk 4 oyununda heç bir qələbə qazana bilməyib və qol da vurmayıb.

“Bu, ağır məqam deyil. Ağır olan ötən mövsüm idi. Hazırda vəziyyət normal deyil, amma biz işə gec başlamışıq. Marmuş, Savio, Solanke və Meddisonla cəmi iki gün məşq etmişik.

İlk 30 dəqiqədə çox yaxşı oynadıq. Daha sonra enerjimiz azalmış ola bilər, çünki komandanın fiziki vəziyyəti hələ optimal deyil. “Everton”un cərimə meydançasına 74 dəfə daxil olduq, amma kifayət qədər qol epizodu yarada bilmədik. Daha çox zərbə endirməli və daha düzgün qərarlar qəbul etməliyik.

Mən nə pozitiv, nə də neqativ köklənmişəm. İlk 30 dəqiqədəki kimi oynayırsınızsa, deməli, futbol oynamağa qadirsiniz. Bu səviyyəni 90 dəqiqə ərzində qorumaq lazımdır.

İlk 30 dəqiqədə qol vura bilməməyimiz özünəinamımıza həddindən artıq təsir etdi. İkinci hissədə də eyni vəziyyəti müşahidə etdim və bu, mənim xoşuma gəlmir. Futbolçular da insandır, onlar həssasdırlar. Mənim vəzifəm onlara diqqətlərini qorumağa və inkişaf üzərində işləməyə davam etməyə kömək etməkdir.

Əgər 90 dəqiqənin hamısında ilk 30 dəqiqədəki kimi oynasaq, çoxlu oyun qazanacağıq”, – De Dzerbi deyib.

Xəbər xətti