Mourinyolu "Real"ın 6-cı matçda 5-ci qələbəsi

00:54 - 13 Sentyabr 2026

“Real” La Liqanın 5-ci turunda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bu qələbə Joze Mourinyonun baş məşqçi postuna qayıdışından sonra “Real”ın qazandığı beşinci qələbə olub.

Bundan əvvəl Madrid klubu İspaniya çempionatında “Espanyol”u (2:1), “Real Sosyedad”ı (4:1), “Malaqa”nı (4:0), Çempionlar Liqasında isə “İnter”i (2:1) məğlub edib. “Real”ın Mourinyonun qayıdışından sonra yeganə məğlubiyyəti “Betis”ə qarşı olub – 0:1.

Xəbər xətti