"Sabah"da amerikalı oyunçu

14:31 - 14 Sentyabr 2026

“Sabah” basketbol blubu heyətini gücləndirib.

Sportal.az xəbər verir ki, klub amerikalı basketbolçu Tajuan Eydji ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı, 203 sm boya malik hücum oyunçusu 2025/2026 mövsümünü Fransanın “Burk” klubunda keçirib. Eydji ötən mövsüm sözügedən komandanın heyətində “Euro Cup” çempionluğunu qazanıb.

Eydji Avropa klub turnirlərində də təcrübəyə malikdir. O, 2021-ci ildə “Balkan”ın heyətində “FIBA Europe Cup”da orta hesabla 10,4 xal və 6,8 ribaundla yadda qalıb. 2024-cü ildə isə “Qravlin-Dyunkerk” ilə eyni turnirdə mübarizə aparıb. Həmçinin, 2021-ci ildə “Basketball Champions League”in təsnifat mərhələsində bir oyunda 19 xal və 7 ribaundla yadda qalıb.

Amerikalı basketbolçu 2025/2026 mövsümündə “Burk”un heyətində “Euro Cup”da 15 oyunda orta hesabla 6,5 xal və 3,2 ribaundla çıxış edib.

Xəbər xətti