"Mançester Siti" İngiltərə Premyer Liqasının 4-cü turunun matçında "Mançester Yunayted" üzərində minimal hesablı qələbə qazanıb (1:0).
Sportal.az xəbər verir ki, oyunda yeganə və qələbə qazandıran qol 60-cı dəqiqədə vurulub. Qolun müəllifi isə "şəhərlilər"in hücumçusu Erlinq Haland olub.
"Opta Joe"nun məlumatına görə, bu, norveçli forvard üçün "qırmızı şeytanlar"ın qapısına vurduğu 9-cu qol olub. Haland bunun sayəsində Mançester derbiləri tarixinin ən yaxşı bombardiri olub. 26 yaşlı futbolçuya bunun üçün ona 8 matç lazım gəlib.
Erlinq hərəsinin hesabında 8 qol olan Serxio Aquero və Ueyn Runini qabaqlayıb. Argentinalı derbidə 13, ingiltərəli isə 21 matç keçirib.
saytlarin hazirlanmasi
