Serxio Ramos üçün Premyer Liqa iddiası

16:20 - 14 Sentyabr 2026

Hazırda klubsuz olan Serxio Ramos karyerasını ingiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Suporter Media" məlumat yayıb.

"Aston Villa" ispaniyalı müdafiəçini heyətinə qatmaq istəyir. Birmingem təmsilçisi 40 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Təcrübəli mərkəz müdafiəçisinin gələn həftə tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Serxio Ramosun son klubu bu ilin yanvarında ayrıldığı "Monterrey" olub.

Xəbər xətti