İspaniya millisinin və “Tottenhem”in müdafiəçisi Pedro Porro zədə səbəbindən milli komandanın Millətlər Liqasının heyətindən çıxarılıb.
Sportal.az xəbər verir ki, heyətdə hazırda 25 oyunçu var.
Porro sentyabrın 19-da Premyer Liqanın 5-ci turunun "Aston Villa"ya qarşı oyununda (2-3) zədələnərək sıradan çıxıb.
Onu kimin əvəzləyəcəyi hələ ki dəqiq deyil. İspaniya millisi İngiltərə (26 sentyabr), Xorvatiya (29 sentyabr), Çexiya (3 oktyabr) və Xorvatiya (6 oktyabr) ilə oynayacaq.
saytlarin hazirlanmasi
