"Adın Mourinyo olsa belə, hər şeyə icazə verilmir"

23:49 - 20 Sentyabr 2026

Dieqo Simeone La Liqanın 7-ci turunda “Real” üzərində qazanılan 2:1 hesablı qələbə barədə danışıb.

Sportal.az xəbər verir ki, “Atletiko”nun baş məşqçisi "DAZN" efirində bunları qeyd edib:

“İlk hissədə oyuna yaxşı nəzarət edirdik, qol epizodları isə yox idi. Matçın gedişatını dəyişən epizodlar olur və Culiano ilə bağlı vəziyyət, eləcə də penalti belə məqamlardan biri idi. Say üstünlüyündən istifadə edərək rəqibə problem yarada biləcəyimiz vəziyyətlərdən yararlandıq. Onlardan birində Devid qol vurdu, daha sonra isə onlar yaratdıqları təhlükəli epizodlardan birində fərqi azaltdılar.

Mourinyonun sözləri ilə bağlı şərh ediləsi bir şey yoxdur. Bunlar matçın gedişatında baş verən epizodlardır. Bəzən onlar sənin xeyrinə olur, bəzən isə yox. Hakimlərə hörməti itirmək olmaz. Adın Mourinyo olsa belə, hər şeyə icazə verilmir”.

Xəbər xətti