"Liverpul"un qapıçısı Giorgi Mamardaşvilinin gələcəyi klubun Alisson ilə bağlı verəcəyi qərardan asılı ola bilər.
Sportal.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Braziliyalı qolkiper 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsini yeniləsə, gürcü qapıçı komandadan ayrılmaq variantını nəzərdən keçirəcək.
Mamardaşvili ötən il "Valensiya"dan "Liverpul"a keçsə də, hələ ki komandanın əsas qapıçısı ola bilməyib. Alisson start heyətindəki yerini qoruyub saxlayır, Gürcüstan millisinin üzvü isə ehtiyat qapıçı rolu ilə kifayətlənməli olur.
Mamardaşvilinin ardıcıl üçüncü mövsüm ikinci qolkiper olaraq qalmağa razılaşacağı az ehtimal olunur.
saytlarin hazirlanmasi
