“Arsenal”ın hücumçusu Viktor Dyökeres qış transfer pəncərəsində klubu tərk edə bilər.
Sportal.az xəbər verir ki, 28 yaşlı isveçli futbolçu klubda lazımi qiyməti almadığını düşünür. O, “Arsenal”dakı mövqeyindən narazıdır, çünki əsas heyət oyunçusu statusunu itirib. Viktor bu mövsüm keçirdiyi 5 oyunda qol vura bilməyib və iki dəfə start heyətində meydana çıxıb.
Futbolçunun özü artıq karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Onun agentləri “Milan”, “Yuventus”, “Əl-Əhli” və “Əl-İttihad”la ilkin danışıqlar aparırlar.
“Arsenal” hücumçunu satmağa fəal şəkildə çalışmasa da, klub yanvarda ulduz hücumçu transfer edəcəyi təqdirdə Dyökereslə yollarını ayıra bilər.
Dyökeres ötən mövsüm bütün turnirlərdə 21 qol vurub, “Arsenal”a Premyer Liqa çempionluğunu qazanmağa və Çempionlar Liqasının finalına yüksəlməyə kömək edib.
saytlarin hazirlanmasi
