"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer sentyabr və oktyabr aylarında İngiltərə millisinin təlim-məşq toplanışlarında iştirak etməkdən imtina edib.
Sportal.az xəbər verir ki, daha əvvəl futbolçunun zədə səbəbindən milli komandanın düşərgəsini tərk etdiyi bildirilmişdi.
"The Athletic" nəşrinin məlumatına görə, bu dəfə matçları buraxmaq qərarını Palmer özü qəbul edib. İngiltərəli futbolçu oyun yükünü azaltmaq və bərpa olunmaq üçün daha çox vaxt qazanmaq istəyir.
Yaxın 2 ay ərzində İngiltərə millisi Millətlər Liqasında 4 matç keçirəcək. Komanda Çexiya ilə iki dəfə - sentyabrın 29-da və oktyabrın 6-da qarşılaşacaq. İngislər sentyabrın 26-da İspaniya və oktyabrın 3-də Xorvatiya ilə də matç keçirəcək.
saytlarin hazirlanmasi
