1 saata bu qədər bilet satıldı - "Turan Tovuz" - "Fənərbaxça" oyununa

14:15 - 22 Sentyabr 2026

“Turan Tovuz” ilə “Fənərbaxça” arasında keçiriləcək yoldaşlıq oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, 1 saat ərzində artıq 5872 bilet satılıb. Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Oktaybrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça saat 20:00-da start veriləcək.

Qeyd edək ki, biletlər Birbilet.az saytında satılır.

Xəbər xətti