"Kəpəz"in qapıçısı Rojerio Santos Sportal.az saytına müsahibə verib.
- "Kəpəz" "Araz-Naxçıvan"la oyunda qələbə qazana bildi. Komandanın bu matçdakı qələbəsini necə şərh edərdiniz?
- Həqiqətən də yaxşı qələbə idi. Komandamız sona qədər əzmlə çalışdı. Düşünürəm ki, bu, ədalətli qələbə idi. Yaxşı performans sərgiləyə bildik.
- Bu, mövsümdəki ən asan oyunlarınızdan biri idi?
- Xeyr, asan oyun yoxdur. Bütün oyunlar fərqlidir. Lakin hamısı sona qədər gərgin əmək və diqqət tələb edir. Biz də bunu etməyi bacardıq.
- “Kəpəz” öz meydanında daha təhlükəlidir. Rəqiblər Gəncədə sizə qarşı oynayarkən böyük çətinlik çəkirlər. Ev oyunlarında gücünüz fərqlidir? Atmosfer baxımından...
- Hazırda Azərbaycanda ən yaxşı atmosfer bizim ev oyunlarında olur. Azarkeşlərimiz bütün oyunlarda bizi dəstəkləyirlər. Buna görə də biz öz meydanımızı əsl qalaya çevirə bilirik.
- “Kəpəz" hazırda 6-cı pillədədir. Bu sizi qane edir, yoxsa turnir cədvəlində daha yuxarıda olmaq istəyirsiniz?
- Çempionata yaxşı başlamışıq. Bütün oyunlara qələbə qazanmaq məqsədilə çıxmaq istəyirik. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.
- “Kəpəz"ə geri qayıtmağınıza görə peşman deyilsinizki?
- Əlbəttə ki, xeyr. "Kəpəz"ə geri qayıtmaq yaxşı qərar idi. Çünki burada xoşbəxtəm. Azarkeşlər mənə hörmət edir, mən də onlara hörmət edirəm. Yeni stadionun olması bizim üçün həqiqətən çox yaxşıdır və ümid edirəm ki, azarkeşlərimizi sevindirmək üçün komandaya kömək edə biləcəyəm.
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bu matçda qələbə şansınızı necə qiymətləndirirsən?
- Çətin oyun olacaq. "Zirə" yaxşı komandadır. Amma bütün oyunlarda olduğu kimi, biz də qələbə qazanmağa çalışacağıq. Artıq hazırlaşmağa başlamışıq.
Mirbağırağa
