Premyer Liqa klubu müdafiəçisi üçün 70 milyon avro tələb edir

13:15 - 12 Oktyabr 2026

"Lids Yunayted"in müdafiəçisi Tarik Muharemoviç Avropanın böyük klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Bavariya" və "İnter" bosniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.

İngiltərə klubu 23 yaşlı mərkəz müdafiəçisini satmaq istəmir. Lakin 70 milyon avroluq təklif gəlsə, dəyərləndirilə bilər.

Qeyd edək ki, "Lids Yunayted" Tarik Muharemoviçi mövsümün əvvəlində "Sassuolo"dan 37 milyon avroya transfer edib. Bosniya və Herseqovina millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti