Dörd gün əvvəl "İmişli"dən ayrılan Pro kateqoriyalı məşqçi Zamir Həsənov Sportal.az saytına müsahibə verib. 41 yaşlı mütəxəssis Premyer Liqa klubunda qalmamasının səbəblərini açıqlayıb.
- "İmişli"dən ayrılığınız artıq təsdiqlənib. Buna səbəb nə oldu, nəticələr, yoxsa necə?
- Klubdan ayrılmaq istəyi mənim tərəfimdən xahiş olunmuşdu. Xahişimi nəzərə aldıqlarına və anlayışla qarşıladıqlarına görə təşəkkür edirəm. Klubdan ayrılma səbəbim nəticələr və ya başqa neqativ hallar deyil. Sadəcə olaraq bəzi öhdəliklərim var idi deyə, belə qərar verdim.
- Ümumiyyətlə, "İmişli"nin 7 turdan sonrakı nəticələri gücünə uyğundur, yoxsa daha yaxşı olmalı idi?
- Düşünürəm ki, bəzi oyunlarda bəxtsizlik oldu. Qələbə qazanmalı və ya heç-heçə etməli görüşlərdə, məğlub olduq. Əldə olunan xallar oyun potensialına görə daha çox olmalı idi.
- Maraqlıdır ki, siz Fərid Namazovun əsas köməkçisi idiniz, ayrılsanız da Namazov postundadır. Sizcə, Namazov orada qalacaq və uğurlu nəticəyə imza ata biləcək?
- Fərid gənc olsa da, əzmkar məşqçidir. Onun vəzifəsinin öhdəsindən gələcəyinə inanıram. Uğurlu nəticə isə yalnız baş məşqçidən asılı məsələ deyil. Uğuru klubda hamı istəməli və bunun üçün hamı bir-birinə dəstək olmalıdır.
- Siz gənc Pro kateqoriyalı məşqçilərimizdənsiniz. "İmişli"dən ayrılığınız artıq ictimailəşdi. Təkliflər gəlib artıq? Ötən mövsüm də "Şəfa"da çempionluq yaşamışdınız..
- Doğru qeyd edirsiz. Elgiz Kərəmli ilə birlikdə "Şəfa"dakı uğurlu işimizlə çempion olduqdan sonra məşqçi kimi maraqları üzərimizə çəkə bilmişdik. Kifayət qədər də təklif almışdıq. Mən seçimimi Fərid Namazovun təklifi ilə "İmişli" klubundan yana etdim. Bəli, artıq rəsmi olaraq Pro kateqoriyalı məşqçiyəm. Maraqlananlar var, ancaq rəsmi təklif yoxdur. Bəzi öhdəliklərim də var. Həm milli, həm də maariflənmə ilə bağlı. Üst-üstə duşməyəcəyi təqdirdə təklifləri reallığa çevirmək olar.
- "İmişli"nin Premyer Liqada qalacağına inanırsız? Heyət və ümumiyyətlə, hazırki durum, klub olaraq hazırkı yanaşma buna imkan verəcək?
- Komandanın oyunu gələcəyə pozitiv baxmağa imkan verir. Bəli, inanıram ki, komanda Premyer Liqada yerini qoruyacaq. Dediyim kimi, amma uğurun açarı yalnız bir adamda deyil. Bunu hamı istəməli və bir- birinə dəstək olmalıdır.
Mirbağırağa
saytlarin hazirlanmasi
