"Qalatasaray"ın yarımmüdafiəçisi Avropa nəhənglərinin hədəfində

00:34 - 24 Oktyabr 2026

“Arsenal” və “Liverpul” “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakova maraqlarını artırıblar.

Sportal.az xəbər verir ki, çərşənbə günü hər iki klubun nümayəndələri 21 yaşlı futbolçunu izləmək üçün Çempionlar Liqasında keçirilən “Qalatasaray” – “Lill” (4:2) matçında iştirak ediblər. Batrakov həmin qarşılaşmada qol vurub.

“Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” də futbolçu ilə maraqlanır. İngiltərə klublarının skautları Batrakovun ən yüksək səviyyədə çıxış etmək üçün lazımi keyfiyyətlərə malik olduğunu düşünürlər.

Bildirilir ki, rusiyalı futbolçunun “Qalatasaray”la müqaviləsində İngiltərə, İtaliya, İspaniya və Almaniya çempionatları üçün ayrıca sərbəstqalma məbləği nəzərdə tutulub.

Bu məbləğin təxminən 50 milyon funt-sterlinq olduğu ehtimal edilir.

Xəbər xətti