"Fantastik və tarixi hadisədir" - "Vikinq"in baş məşqçisi "Sabah"la oyun haqda

10:35 - 5 Noyabr 2026

"Vikinq"in baş məşqçisi Byarte Lunde Orsheim Çempionlar Liqasının dördüncü turunda Stavangerdə “Sabah” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis Azərbaycan çempionu ilə görüş haqda bunları deyib:

"Bu, fantastik və tarixi hadisədir. Komandaya dedim ki, adlarınızı klubun tarixinə yazdınız. Komandamın fədakarlığı ilə fəxr edirəm. Çox yaxşı oynadıq və bu qələbəyə layiq idik. Matç boyu yaxşı və intizamlı oynadı. Oyuna nəzarət etdik və qol imkanları yaratdıq. Düşünürəm ki, qələbə layiq idi".

Xəbər xətti