Konfrans Liqası: Muradın komandası "Tvente"yə qarşı, Zamiq Əliyev Rumıniya səfərində

10:59 - 5 Noyabr 2026

Bu axşam UEFA Konfrans Liqasının Liqa mərhələsində 3-cü turun görüşləri keçiriləcək.

Sportal.az xəbər verir ki, ümumilikdə 18 oyun baş tutacaq.

Azərbaycanlı futbolçulardan U-21 millimizin üzvü Murad Məmmədovun formasını geyindiyi Kiprin "Pafos" komandası Niderlandda "Tvente"nin qonağı olacaq.

Zamiq Əliyevin heyətində yer aldığı Albaniyanın "Eqnatiya" kollektivi isə Rumıniyada "Universitatya" Krayova ilə qarşılaşacaq.

Türkiyənin yarışda təmsilçisi "Trabzonspor" doğma meydanda "Frayburq"la üz-üzə gələcək.


UEFA Konfrans Liqası. Liqa mərhələsi. 3-cü tur


21:45. "Atalanta" (İtaliya) - "Kayrat" (Qazaxıstan)

21:45. "Midtyullann" (Danimarka) - "Ayaks" (Niderland)

21:45. "Srvena Zvezda" (Serbiya) - "İnter Eskaldes" (Andorra)

21:45. "KuPS" (Finlandiya) - "Gent" (Belçika)

21:45. "Linkoln" (Cəbəllütariq) - "Hayduk" (Xorvatiya)

21:45. "Trabzonspor" (Türkiyə) - "Frayburq" (Almaniya)

21:45. "Orhus" (Danimarka) - "Braqa" (Portuqaliya)

21:45. "Tun" (İsveçrə) - "Harts" (Şotlandiya)

21:45. "Myallbü" (İsveç) - "Borats" (Bosniya və Herseqovina)

00:00. "Monako" (Fransa) - "Norşellann" (Danimarka)

00:00. "Kopenhagen" (Danimarka) - "İberiya" (Gürcüstan)

00:00. "Panatinaikos" (Yunanıstan) - ÇSKA (Bolqarıstan)

00:00. "Luqano" (İsveçrə) - "Jalgiris" (Litva)

00:00. "Xetafe" (İspaniya) - "Brayton" (İngiltərə)

00:00. "Tvente" (Niderland) - "Pafos" (Kipr)

00:00. "Sent-Trüyden" (Belçika) - "Brann" (Norveç)

00:00. "Universitatya" Krayova (Rumıniya) - "Eqnatiya" (Albaniya)

00:00. "Riqa" (Latviya) - "Yablonets" (Çexiya)

Xəbər xətti