Qurban Qurbanov ondan gözlənilən sərt qərarı verib.
Sportal.az "Sportinfo.az"a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi iki legioneri əsas komandadan uzaqlaşdırıb.
Bunlar Marko Yankoviçlə Mateus Silvadır.
Səbəb Premyer Liqanın 10-cu turunda yaşanan hadisədir.
Belə ki, monteneqrolu yarımmüdafiəçi ilə braziliyalı müdafiəçi «Qəbələ» ilə görüşün (0:0) birinci hissəsində mübahisə edib. Cütlük arasında söz davasının qarşısını komanda yoldaşları alıb. Qurbanov isə onları fasilədə əvəzləyib.
Təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bu olay barədə danışaraq, "yüz faiz cəzalanacaqlar" demişdi. Və o, sözünü tutub.
Xoşagəlməz hadisənin iştirakçılarının hər biri 20 min dollar cərimələnib.
Qurbanov Qəbələ səfərinin nəticəsinə və orada yaşanan hadisəyə həsr olunan iclasda sərt üzünü göstərib.
Hər iki legioneri möhkəm danlayıb, analoji hal təkrarlanacağı təqdirdə, transferə çıxarılacaqlarını bildirib.
Azərbaycanın ən yaxşı çalışdırıcısı xatırladıb ki, onun üçün əsas nizam-intizamdır və kodeksə əməl etməyənləri heç vaxt bağışlamayacaq.
saytlarin hazirlanmasi
