“Qarabağ”ın futbolçusu Reda Xadra ilk dəfə Livan milli komandasına çağırılıb.
Sportal.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Məcid Bugerra mətbuat konfransında məlumat paylaşıb. O, Ağdam klubunun vingeri ilə yanaşı, ABŞ-nin “San Antonio” klubundan qapıçı Cozef Batruniyə də şans vermək istədiyini bildirib.
Livan seçməsi noyabrın 13-dən 17-dək İraqda təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Yarışda İraq, İran və Fələstin yığmaları da mübarizə aparacaqlar. Qeyd edək ki, Almaniyada anadan olan Dortmund "Borussiya"sının yetirməsi Bundestimin U-18 və U-21 millilərinin heyətində 6 dəfə meydana çıxıb. 25 yaşlı futbolçu bu yay "Qarabağ"a Fransanın "Reyms" komandasından transfer edilib. Onunla 2+1 illik müqavilə bağlanıb.

