"Atletiko" havayı aldı, 5 milyona satır

02:00 - 17 Avqust 2013

Demişelis bir ayda iki klub dəyişə bilər

 

Bu yay azad agent kimi “Atletiko”ya keçən argentinalı müdafiəçi Martin Demişelis yenidən klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki,  32 yaşlı futbolçu ilə “Mançester Siti” yaxın maraqlanır. İspaniya mətbuatının yazdığına görə, “Atletiko” Demişelisi satmağa razıdır.

Bunun üçün “şəhərlilər” 5 milyon avrolarından keçməlidirlər. Qeyd edək ki, “Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini rəhbərlikdən yeni müdafiəçi alınmasını tələb edib. Gənc futbolçu Matiya Nastasiçin zədələnməsi çilili mütəxəssisi narahat edir. Məhz bu səbəbdən “Mançester Siti” rəhbərliyi Demişelislə danışıqlara başlayıb.

Xəbər xətti