"Çıxış yolu isə Türkiyə nümunəsindən istifadə etməkdir"

19:56 - 10 Sentyabr 2013

Rio Ferdinand Türkiyəni nümunə göstərdi
 
 
 "Mançester Yunayted"in 34 yaşlı müdafiəçisi Rio Ferdinand son vaxtlar İngiltərə millisinin zəif çıxış etməsinin və eləcə də yeni kadrlar baxımından əziyyət çəkməsinin səbəbini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına müsahibə verən təcrübəli futbolçu millinin zəifləməsinin əsas səbəbini İngiltərə "premyer liqası"nda legioner limitinin tətbiq olunmamasında görür.
 
Ferdinand "Həftə sonu "Mançester Siti" ilə "Nyukasl" arasında baş tutan oyunda meydana çıxan 22 futbolçudan cəmi ikisi ingilis idi. Təbii ki, bu da millinin nəticələrinə təsir göstərməyə bilməz. Bu əsl biabırçılıqdı. Çıxış yolu isə Türkiyə nümunəsindən istifadə etməkdir. Orada komandalar 18 nəfərlik iştirak ərizəsinə cəmi 6 legioner futbolçunun adını daxil edə bilərlər." sözlərini dilə gətirib.

Xəbər xətti