10 həftə yaşıl meydanlardan uzaq qalacaq

Qlen Conson zədələndi
 
 
İngiltərə Premyer Liqasında bu mövsüm oynadığı üç matçda da qələbə qazanaraq birinci pilləyə yüksələn "Liverpul" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"lə oyunda 78-ci dəqiqədə zədələnərək oyunu tərk etmək məcburiyyətində qalan Qlen Consonun son vəziyyəti məlum olub.
 
Zədəsi ciddi olan müdafiəçinin 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
 
Qeyd edək ki, sözügedən qarşılaşmada "Liverpul" "MY"nı 1:0 hesabı ilə məğlub etmişdi.
Tarix: 10 Sentyabr [21:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio