"Real" və "Barselona" "Levante"ni satın alıb

Klublar futbolçulara pul göndərib
 
İspaniya La Liqasının 36-cı turunda "Levante"nin öz meydanında "Atletiko"ya 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra sensasiyalı iddia irəli sürülüb. 
 
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" və "Real" "Levante"li futbolçuları Madrid təmsilçisini məğlub etməsi üçün stimullaşdırıb.
 
İddia olunub ki, bu matçdan bir neçə gün əvvəl “Real”ın və “Barselona”nın prezidentləri - Florentino Perez və Josep Mariya Bartomeu köməkçilərini "Levante"nin rəhbərliyi və futbolçuları ilə görüşə göndərib. Görüşdə hər iki klub tətərindən “Levante”yə 500 avroluq banknotla dolu çantanın verildiyi iddia olunub.
Futbolçuların isə bu mükafatı məmnuniyyətlə qəbul etdiyi bildirilib.
 
Qeyd edək ki, lider "Atletiko"nun uduzması ilə "Real"ın və "Barselona"nın çempionluq şansları bir qədər artıra bilərdi. Amma bu turda həm “Real”, həm də “Barselona” heç-heçə etməklə mühüm iki xal itirib.
Tarix: 5 May [14:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio