Messi “Barselona”dan nə tələb etdi?

17:15 - 7 May 2014

Argentinalı ulduzun 3 şərti  
 
Mövsüm başa çatandan sonra Lionel Messinin “Barselona” klubunu tərk edəcəyi gözlənilir.
 
Sportal.az xəbər verir ki, argentinalı futbolçu katalonlarla yeni müqavilə detallarını müzakirə edib. Messi “Barselona” rəhbərliyinə şərt qoyaraq əvvəl məvacibinin artırılmasını istəyib. Bundan başqa o, qapıçı Xose Pintoyla müqavilənin uzadılmasını və “Mançester Siti”dən Serxio Aqueronun transfer edilməsini tələb edib. Məhz dostluq münasibətləri olan futbolçunun “Barselona”da olmasını Messi gündəmə gətirib. Əgər rəhbərlik onun sərtini yerinə yetirsə, onda futbolçu “Barsalona” ilə yeni müqavilə bağlayacaq. Müqavilənin şərtlərinə görə Messi “Barselona”dan ilinə 20 milyon avro alacaq. İndiki halda katalonlarla 2018-ci ilə qədər müqaviləsi olan 26 yaşlı futbolçunun illik maaşı 14 milyon avrodur.               

Xəbər xətti