Dünyanın ən yaxşı hakimləri müəyyənləşdi

17:00 - 6 Yanvar 2015

Cüneyt Çakır ilk onluqda

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

Sportal.az xəbər verir ki, ötən ilin ən yaxşısı Nikola Ritsoli seçilib. İtaliyalı hakim DÇ-2014-ün final matçı olan Almaniya - Argentina görüşünü idarə edib.

İngiltərəli Hovard Uebb (78 xal) ikinci, almaniyalı Feliks Brix (61 xal) isə üçüncü yerdə qərarlaşıb.

2014-ci ilin ən yaxşı on hakimini diqqətinizə çatdırırıq:

 

1. Nikola Ritsoli (İtaliya, 131 xal)


2. Hovard Uebb (İngiltərə,78 xal)


3. Feliks Brix (Almaniya, 61 xal)


4. Byorn Kuypers (Hollandiya, 45 xal)


5. Rövşən İrmatov (Özbəkistan, 37 xal)


6. Pedro Proensa (Portuqaliya, 34 xal)


7. Velasko Karvalyo (İspaniya, 16 xal)


8. Cüneyt Çakır (Türkiyə, 13 xal)


9. Marko Antonio Rodriqes (Meksika, 13 xal)


10. Nestor Fabioan Pitana (Argentina, 7 xal)

Xəbər xətti