AZAL Muradsız qaldı

16:16 - 4 May 2016

10 gün yaşıl meydanlardan uzaq qalacaq
 
Mayın 7-də “Neftçi” ilə oyuna çıxacaq AZAL-da yenə də heyətlə bağlı problem yaranıb.
 
Sportal.az xəbər verir ki, Seymur Əsədov, Taqim Novruzov, Kamal Mirzəyev kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyən baş məşqçi Tərlan Əhmədov indi də Murad Səttarlının yerini doldurmalıdır. Belə ki, “İnter”lə oyundan əvvəl məşqdə əzələsini dartan yarımmüdafiəçi hələ də həkim nəzarətində müalicə olunur. Klub həkimlərinin rəyinə əsasən Muradın ən azı 10 gün məşqlərdən kənarda qalacagı gözlənilir.
 
Qeyd edək ki, "Neftçi" - AZAL matçı 7 may saat 19:05-də keçiriləcək.

Xəbər xətti