AZAL "Qarabağ"la matçöncəsi 2 legionerini itirdi

02:16 - 16 May 2016

Quruli və Koronado..
 
Premyer Liqamızda mövsümün sonuncu turunda çempion "Qarabağ"ın qonağı olacaq AZAL bu matça ciddi itkilərlə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandanın iki legioneri Aleksandr Quruli və Adan Koronado bu matçı buraxmalı olacaq. Buna səbəb isə hər iki futbolçunun dünən "Qəbələ" ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.

Qeyd edək ki, "Qarabağ" - AZAL matçı mayın 21-də keçiriləcək.

Xəbər xətti