"Leon" "Bakı"nı məğlub etdi LAYİHƏ

13:24 - 13 Oktyabr 2016

Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu dəfə çəkiliş qrupumuz U-12 Liqasının 3-cü turu çərçivəsində keçirilən “Bakı” - “Leon” matçında olub.

 

Üstünlük “Leon” tərəfində olsa da, birinci hissədə qapılara qol vurulmadı. Fasilədən sonra isə “Leon”un üstünlüyü hesabda da öz əksini tapdı. Hüseyn Əsgərov dübl etdi, daha bir qola isə Ayxan Nəsirli imza atdı. “Bakı”nın gücü təsəlli qoluna çatdı. Etibar Rüstəmzadə fərqləndi.  

 

QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.

 

 

U-12 Liqası

 

3-ci tur

 

“Bakı” – “Leon” 1:3

 

Qollar: Etibar Rüstəmzadə, 46, - Hüseyn Əsgərov, 30, 35, Ayxan Nəsirli, 40

 

 

Xəbər xətti