Tounkaranın AZAL-a gəlişi dəqiqləşdi

15:32 - 28 Noyabr 2016

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkaranın paytaxtın AZAL klubuna qoşulacağı tarix müəyyənləşib.

 

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, malili futbolçu sabah paytaxtda olacaq. Onun gecə saatlarında Bakıya gələcəyi gözlənilir.

 

Qeyd edək ki, futbolçunun bilet məsələsində problem yarandığı üçün, onun Bakıya gələcəyi tarix qeyri-müəyyən olaraq qalırdı.

 

Hətta futbolçunun komandaya keçidi də gözlənilmirdi. Lakin klub rəhbərliyi futbolçunun bilet məsələsini son anda həll etməyi bacarıb.

Xəbər xətti