"Bakı"nın sabiq futbolçusu dəm qazından boğuldu

"Bakı”nın sabiq futbolçusu Mustafa Kamal Söylemez vəfat edib.

 

Sportal.az xəbər verir ki, müxtəlif illərdə "zolaqlılar"ın şərəfini qorumuş 32 yaşlı qapıçı dəm qazından dünyasını dəyişib.

 

"Bakı" Futbol Klubu Mustafa Kamalın dünyasını dəyişməsi ilə bağlı məlumat yayıb: "Müxtəlif illərdə klubumuzun şərəfini qorumuş, hamının hörmətini və sevgisini qazanmış Mustafa Kamalın vaxtsız vəfatından hədsiz dərəcədə kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, yerin cənnət olsun, gözəl insan!"

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. 

Tarix: 27 Mart [13:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2018
17  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio