İdmana, qatılan uşaqlara yönəlik ailələrin psixoloji qazancları LAYİHƏ

14:12 - 30 Mart 2018

Uşağın orqanizminin idmana uğunluğu necə öyrənilir?
 
 
Layihəmiz çərivəsində sizə bir sıra maraqlı və ya öyrədici yazılar təqdim etmişik. Onların arasında bir sıra dəqiq aparatlarla aparılmış testlərin nəticələri, qeydə alınan göstəricilər, uşaqların hansı yaşda, necə yoxlanılması və sair kimi faydalı bilgilərə rast gəlmək mümkündü. Hər halda bir uşağı futbolçu kimi yetişdirmək üçün onun orqanizmini də yaxşı tanımaq lazımdı. hansı ki, bir sıra inkişaf etmiş xarici ölkələrdə bunun üçün xüsusi testlər mövcuddu. Futbola həvəsi, gələcəkdə böyük futbolçu kimi yaddaşlarda iz buraxmaq istəyən uşaqlar məhz bu testlər vasitəsilə sınaqdan keçirilir. Qeydə alınan nəticələr onu göstərir ki, əslində normal ağlı, sağlamlığı qaydasında olan hər uşağı futbolçu eləmək mükündü. Sadəcə, uşağın hansı xüsusiyyətlərinə görə futbolda faydalı ola biləcəyini araşdırmaq lazımdı. Çünki dünyada futbol eyni stildə oynanılmır. Texnikalı, atletik, güc futbolu və sair üslublar var ki, hər ölkə öz təbiətinə uyğun olaraq bu idman növünü inkişaf etdirir. “Uşağın orqanizmini tanımaq” deyəndə də məhz bunu nəzərdə tuturuq. Çünki bu onun gələcəkdə necə futbolçu olacağını müəyyənləşdirəcək vacib amillərdən sayılır. Məhz bu üzdən də testlər aparılır və uşaqlar kiçik yaşlarından etibarən uyğun olduqları futbol üslubuna öyrədilir. Bir də belə izah edək ki, məsələn texnikalı futbolçu atletik üslubda oynamağa çətinlik çəkər. Ya da əksinə. Bu üzdən onun elə texnikasından faydalanmaq daha məsləhətli olar. Bir çox özünü təsdiq etmiş testlər də var ki, məhz uşaqların hansı üslubda oynayarsa daha çox fayda verə biləcəyinə hesablanıb. Amma bu dəfə sizə bir qədər fərqli test nəticələri və ya bilgilər təqdim edəcəyik...
 
Uşaq ailəni necə sosiallaşdıra bilər?
 
 
Türkiyədə aparılmış bu test idmana qatılan uşaqların ailələrinin qazancından bəhs edir. Xeyr, “qazanc” deyəndə əksəriyyətinin ağlına ilk gələn maddi qazancı nəzərdə tutumuruq. Söhbət idmana, xüsusən də futbola qatılan uşaqlara yönəlik ailələrin psixoloji qazanclarından, yaxud başqa sözlə desək nailiyyətlərindən gedir. İdmanda sosiallaşma dönəmi ailədən uşağa köçmə şəklində olmasına rəğmən, uşaqlıq sonrası və gənclik zamanında bu ikitərəfli başlaya bilər. Məsələn dostlarından təsirlənən uşaq idmanda yer almağa başlayar və özlüyündə əsla idmanla maraqlanmayan ailəsini sosiallaşdıra bilər. Övladlarına görə, ailələr də idmanla maraqlanmağa başlaya və ya azarkeş ola bilər. Uşağın və ya gəncin idmanla hansı şəkildə maraqlanıb-maraqlanmasında da ailənin təsiri rol oynaya bilir. Uşaqların müsbət nəticə qazanması üçün ailələrin idmanla bağlı məlumat sahibi olmasına ehtiyac var. 
 
Ailələrin də idmana qatılıması uşaqların ondan zövq almalarında və cəsarət qazanmalarında önəmli rol oynayır. Onlar xüsusən də yarışlarda uşaqlarının tamamilə sosiallaşmasını və uğurlu olmasını gözləyir. Təşkil olunmuş yarışlarda uşaqlar şəxsən etdiyi, dəyər verdiyi hərəkətləri, böyüklər isə oyun nəticələrini və performans keyfiyyətini ciddiyə almaqdadı. Əgər uşaq idmanda uğursuz olarsa, valideynlər bunda özlərinin də məsuliyyətsizliyinə inanır. Amma uşaq uğur qazanarsa onlar gözlədiklərinin həyata keçdiyini zənn edirlər. Uşaq dahicə işlər görərsə, ailələr də çox yüksək bir özünəinam duyğusuna qapılaraq başqalarının onlardan danışmasının vacibliyini və xüsusi qayğını haqq etdiklərini düşünürlər. 
 
Araşdırmalar, ailənin və uşaqların idman mühitində iştirakının, ailə doyumunu və birliyini təmin etdiyini göstərib. Bundan əlavə həmin testlər uşaqların və ailələrin idmanla bağlı məmnuniyyətləri arasında əlaqə olduğunu müəyyənləşdirib. 
 
 
Türkiyədə və dünyanın bir çox ölkələrində idmanla əlaqədar uşaqların motivasiyası (1, 2, 12, 13, 16, 17, 18) və onların ailələrinin gözləntiləri (6, 9, 13, 14) ilə bağlı müxtəlif çalışmalar aparılmaqdadı. Ümumiyyətlə uşaqların idmana qoşulması, bu sahədəki davamiyyəti və bitirməsində ailənin rolu ilə əlaqədar nəticələr yer alarkən, onların psixoloji qazancları haqqında çox az çalışmalara arast gəlinir. Bu bilgi və dəyərləndirmələr işığında çalışmanın məqsədi, ailələrin övladlarını idmana göndərmələri ilə əldə edəcəkləri psixoloji qazancı müəyyənləşdirməkdi. 
 
Ümumi məlumat
 
 
Araşdırmalara Konyanın mərkəzində fəaliyyət göstərən dörd idman məktəbində (“Qalatasaray”, “12 Dev Adam” (futbol məktəbi), “Beşiktaş” və “Bahçeşehir Kolleci”) təhsil alan və orta yaşları 11.8±2.1 olan oğlan uşaqlarının, 34-ü qadın (Xyaş=39.8±9.6) və 67-si kişi olmaqla (Xyaş=44.7±5.2), ümumilikdə 101 (Xyaş=42.4±8.4) ana və atası cəlb edilib. Testə qoşulanların psixoloji qazancı “İdmanda Ailənin Psixoloji Nailiyyətləri Miqyası” (İAPNM) testi tətbiq edilərək dəyərləndirilib. 
 
 
Ailələrin uşaqlarını idman məktəbinə gəndərməsindən sonra ən önəmli qazanclar və ya psixoloji nailiyyətlər uyğun olaraq “Nəzarət Edicilik”, “Uyğunlaşma”, “Status Qazanmaq” və “Mənlik Hörməti” sub-ölçüləri şəklində nizamlanıb. Bu baxımdan aylıq gəliri 2000 TL-dən az və daha çox olan ailələr arasında “Eyniləşmə” sub-ölçüsündə qeyd edilən rəqəmdən az qazanca malik ailələrin lehinə stastistika baxımından cəlbedici fərqlilik ortaya çıxıb. Müxtəlif təhsil səviyyəsinə malik valideynlərdən, orta məktəb və daha aşağı səviyyəsində olan analarla, universitet və ali təhsili yaxşı analar arasında əhəmiyyətli fərq tapılıb. O cümlədən atalar da eyni şəkildə testdən keçirilib. Təhsil səviyyəsi orta məktəb və daha yüksək olan atalarla lisey məzunu olan atalar arasında isə “Qzanma Statusu” baxımından əhəmiyyətli fərq meydana gəlib. Bunu aşağıda rəqəmlərlə də təqdim edəcəyik. 
 
 
Material və Metod
 
Yuxarıda qeyd olunduğu kimi araşdırmada Çepikkurt tərəfindən inkişaf etdirilən "İdmanda Ailənin Psixoloji Nailiyyətləri Miqyası (İAPNM) istifadə edilib. "İAPNM" 4 sub-ölçü ("Status Qazanmaq" "Mənlik Hörməti", "Uyğunlaşma” və "Nəzarət Edicilik) və 32 maddədən ibarətdi. Ən etibarlı sayılan “Cronbach alpha” aparatı ilə hesablanan daxili tutarlıq dəyərləri "Status Qazanmaq" üçün 87, "Mənlik Hörməti" üçün 81, "Eyniləşmə" üçün 82 və "Nəzarət Edicilik" üçün 76 olaraq götürülüb.  İAPNM-ın ümumi dəyəri isə 90 göstərilib. Dəqiqlik məqsədilə 26 ata-anaya 4 həftə ara ilə tətbiq olunan testin nəticəsi "Status Qazanmaq" üçün 63, "Mənlik Hörməti" üçün 70, “Uyğunlaşma" üçün 63 və "Nəzarət Edicilik" üçün 80 olub. Uşağın idmanda iştirakı ilə ailələrin əldə etdikləri psixoloji nailiyyətlərinin müəyyənləşdirilməsində standart sapma (Ss) dəyərləri əsas götürülüb. Bölgülərin normal olub-olmadığı Kolmoqorov-Smirnov testi ilə araşdırılıb. İAPNM-ın nəticəsi olaraq "Status Qazanmaq” Z1,207; P-0.05, "Mənlik Hörməti” Z1,311;p-0.05, "Eyniləşmə” Z,785; P-0.05 və  “Nəzarət Edicilik” Z1,344; P-0.05 şəklində müəyyənləşib. İkitərəfli müqayisə məqsədilə “t” testi, yəni üç və ya daha çox insanın müqayisəsi üçün Tək İstiqamətli Dəyişiklik Analizi (Anova) istifadə edilib. Əldə edilən məlumatlar kompüterdə “SPSS (Statistical Package for the Social Sciences) for Windows 14.0” proqramında analiz olunaraq 0.05 səviyyəsində sınanıb.
 
Nəticələr
 
1-ci cədvəldə araşdırmaya cəlb olunan ailələrin uşalarını idmana göndərəndən sonra psixoloji nailiyyətləri verilib. Çalışmalarda uşaqların futbol idman məktəbinə qatılması ilə əldə etdikləri ən önəmli nailiyyətləri uyğun laraq “Nəzarət Edicilik” (3,89±0,81), “Uyğunlaşma” 3,35±0,85, “Status Qazanmaq” 2,49 ± 1,07 və “Mənlik Hörməti” 1,94± 0,82 şəklində görünüb.
 
Cədvəl 1. 
 
Sub-ölçülər N X Ss Minimum Maksimum
Status Qazanmaq 101 2,49 1,07 1,00 4,57
Mənlik Hörməti 101 1,94 0,82 1,00 4,13
Uyğunlaşma 101 3,35 0,85 1,25 5,00
Nəzarət Edicilik 101 3,89 0,81 1,67 5,00
 
2-ci cədvəldə araşdırmaya qatılan ailələrin aylıq gəlir parametrinə görə psixoloji təcrübə sub-ölçüləri xal hesablamaları t testi nəticələrinə yer verilib. Valideynlərin əldə etdikləri nailiyyətlərində aylıq gəlir fərqliliyini test etmək üçün aparılan t testi nəticəsində, 2000 TL-dən az və daha çox gəlirə malik ailələr arasında "Uyğunlaşma" (t2,500; P-0,05) sub-ölçüsündə azgəlirli ailələrin xeyrinə statistik olaraq diqqətçəkən fərq müəyyən edilib. "Status Qazanmaq" (t1,671; P-0,05), “Mənlik Hörməti" (t0,619; P-0,05) və "Nəzarət Edicilik" (t1,015; P-0,05) sub-ölçülərində isə ciddi fərq görülməyib. 
 
Cədvəl 2. 
 

Sub-ölçülər

Ailənin aylıq gəlir səviyyəsi

N

X

Ss

Sd

t

P

Status Qazanmaq

2000 TL≤

45

2,69

1,09

99

1,671

0,098

 

2001 TL≥

56

2,33

1,03

 

 

 

Mənlik Hörməti

2000 TL≤

45

2,00

0,80

99

0,619

0,537

 

2001 TL≥

56

1,89

0,84

 

 

 

Uyğunlaşma

2000 TL≤

45

3,58

0,90

99

2,500

0,014*

 

2001 TL≥

56

3,16

0,77

 

 

 

Nəzarət Edicilik

2000 TL≤

45

3,99

0,81

99

1,015

0,313

 

2001 TL≥

56

3,82

0,80

 

 

 

 
 
3-cü cədvəldə araşdırmaya qatılan ailələrdən ananın təhsil vəziyyəti parametrinə görə psixoloji təcrübə sub-ölçüləri xal hesablamaları t testi nəticələrinə yer verilib. Valideynlərin əldə etdikləri nailiyyətlərində ananın təhsil vəziyyətinə görə fərqliliyini test etmək üçün aparılan t testi nəticələri aşağıdakı kimi olub. Təhsil səviyyəsi lisey, o cümlədən daha aşağı olan analarla, universitet və ali təhsilə malik analar arasında "Status Qazanmaq" (t2,601; P-0,05) “Mənlik Hörməti" (t2,005; P-0,05), “Eyniləşmə" (t3,392; P-0,05) və "Nəzarət Edicilik" (t2,276;p-0,05) sub-ölçülərində birinci qrupun xeyrinə statistik olaraq diqqətçəkən fərq müəyyən edilib.
 
Cədvəl 3.
 

Sub-ölçülər                      Ananın təhsil səviyyəsi              N         X        Ss           Sd            t                P

Status Qazanmaq       İbtidai sinif, orta məktəb, lisey        44      2,80    1,09

                                                                                                                         99         2,61         0,011

                                    Universitet, daha yüksək                57      2,25    1      

 

Mənlik Hörməti            İbtidai sinif, orta məktəb, lisey        44      2,12     81           

                                                                                                                           99         2,005       0,048

                                    Universitet, daha yüksək                57      1,80     81

 

Uyğunlaşma                İbtidai sinif, orta məktəb, lisey        44       3,67    77

                                                                                                                            99        3,392       0,001

                                    Universitet, daha yüksək                57       3,11    85

 

Nəzarət Edicilik           İbtidai sinif, orta məktəb, lisey        44       4,10     68

                                                                                                                              99       2,276       0,025

                                    Universitet, daha yüksək                57       3,74     87

 

    
 
 
4-cü cədvəldə göründüyü kimi, atanın təhsil vəziyyəti fərqliliyini yoxlamaq üçün aparılan t testi nəticələri müəyyənləşib. Təhsil səviyyəsi lisey məzunu, o cümlədən daha aşağı olan atalarla universitet və daha yüksək təhsilə malik olan atalar arasında "Status Qazanmaq” (t2,559; P-0,05) sub-ölçüsü üzrə birincilərin xeyrinə statistik olaraq diqqətçəkən fərqlilik müəyyən edilib. “Mənlik Hörməti" (t0,604; P-0,05), “Uyğunlaşma" (t1,822; P-0,05 və “Nəzarət Edicilik" (t0,222; P-0,05) sub-ölçülərində isə heç bir fərq ortaya çıxmayıb.
 
Cədvəl 4.
 

Sub-ölçülər           

Atanın təhsil səviyyəsi

N

X

Ss

Sd

t

P

Status Qazanmaq

İbtidai sinif, orta məktəb, lisey

29

2,86

1,10

99

2,259

0,026*

 

Universitet, daha yüksək

72

2,34

1,02

 

 

 

Mənlik hörməti

İbtidai sinif, orta məktəb, lisey

29

2,02

 72

99

0,604

0,547

 

Universitet, daha yüksək

72

1,91

 86

 

 

 

Uyğunlaşma

İbtidai sinif, orta məktəb, lisey

29

3,59

 85

99

1,822

0,071

 

Universitet, daha yüskək

72

3,25

 84

 

 

 

Nəzarət Edicilik

İbtidai sinif, orta məktəb, lisey

29

3,92

 73

99

0,222

0,824

 

Universitet, daha yüksək

72

3,88

 84

 

 

 

 
Mübahisəli məqamlar və yekun
 
 
Ailələrin uşaqlarının idmana qoşulması ilə əldə edəcəkləri psixoloji nailiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə aparılan bu işin nəticələri təhlil edilib. Ən mühüm nailiyyətlər müvafiq olaraq "Nəzarət Edicilik", "Uyğunlaşma", "Status Qazanmaq" və "Mənlik Hörməti" sub-ölçülərinə bölünüb. Beləliklə valideynlərin təhlükəli olduğunu düşündükləri prospekt və küçələrdən uşağı götürərək idman məktəblərində daha təhlükəsiz bir mühit təmin etmə səyləri, onların övladlarını yüksək səviyydə nəzarət altında saxlamasına gətirib çıxarır.
Testə əsasən “Uyğunlaşma” sub-ölçüsü üzrə 2000 TL-dən daha az gəlirə malik ailələrin lehinə stastistik baxımından fərqlilik müəyyən edilib. İqtisadi durumu yüksək olan ailələrdə isə uyğunlaşma səviyyəsinin kasıblara nisbətən əhəmiyyətli dərəcədə aşağı düşdüyü məlum olub. Yəni, belə desək az gəlirli ailələrin uşaqlarını idmana yazdırmaqda daha çox maraqlı olduğu da üzə çıxıb. Təhsil vəziyyəti baxımından müqayisə olunduqda isə bütün sub-ölçülərdə statistik məlumatların aşağı təhsilli anaların xeyrinə olduğu üzə çıxıb.
Uşaqlarının futbol məktəbində iştirakı ilə əldə etdikləri uyğunlaşma ata və ananın aylıq gəlir vəziyyətinə çox təsir göstərdiyi güman edilir. Universitet məzunu olan anaların daha çox uşağı uyğulaşdırmağa çalışdığı məlum olub. Yüksək və aşağı təsilli ataları müqayisə etdikdə isə “Status Qazanmaq” sub-ölçüsü üzrə aşağı təhsilli ataların xeyrinə statistik məlumatlar ortaya çıxıb. 
 
 
Araşdırmalara əsasən yüksək təhsil səviyyəli ataların isə aşağı təhsillilərə nisbətən çox demokratik, bununla yanaşı, daha az tabeçilik, sosial fəallıq və uşağı uyğunlaşdırma mövqeyinə sahib olduqları müəyyənləşib. Ailələrin sosial-iqtisadi səviyyələri, həyat tərzləri və inancları uşağın fəaliyətini müəyyənləşdirməkdə və onlarla bağlı gözləntilərini artırmaqda vacib rol oynayır. Həqiqətən də, cəmiyyət mədəniyyəti içərisində geniş təsir dairəsinə malik olan idman, maraqlı münasibət və davranışlar üzərində mühüm təsir qüvvəsinə malikdi. Az gəlirli ailələr idmanla bağlı universal prinsipləri və mənaları dərk etməklə yanaşı eyni zamanda proqramla əlaqəli fəaliyətlərə uyğunlaşmaq istəyir. Araşdırmalar təhsil səviyyəsi artdıqca ata və ananın münasibətlərinin müsbət istiqamətdə dəyişdiyinini göstərir. Nəticə olaraq, uşaqlarını idman məktəbinə göndərməsində ən mühüm nailiyyətləri, psixoloji qazancları ailələrin "Nəzarət Edicilik", "Uyğunlaşma", "Status Qazanmaq" və "Mənlik Hörməti" mövqeləri şəklində müəyyənləşir. Burda ananın təhsil səviyyəsinin daha əhəmiyyətli olduğu görünür.
 
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”
 
Həmid
 

Xəbər xətti