Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoxlama oyununu başlama saatı müəyyənləşib.
Sportal.az xəbər verir ki, sabah Rumıniyanın "Qaz Metan klubu ilə keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq. Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi