Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qalatasaray" yeni baş məşqçisi Domenek Torrentin rəhbərliyi altında səfərdə "Hatayspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Hatayspor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 27 xalı olan "Qalatasaray" isə 13-cü yerdədir.
"Hatayspor" - "Qalatasaray" 4:2
Qollar: Mame Diuf, 43 (pen), Muhammed Kamara, 63, Saba Lobjanidze, 79, 90+1 - Emre Kılınç, 23, Kerem Aktürkoğlu, 45+7
saytlarin hazirlanmasi