Türkiyə Super Liqasında cari mövsümə qəzada ölən “Konyaspor”un futbolçusu Ahmet Çalıkın adı verilib.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Ahmet Çalık yanvarın 11-də idarə etdiyi avtomobilin yolun kənarına yuvarlanması səbəbindən vəfat edib.
saytlarin hazirlanmasi