Azərbaycan çempionu Qazaxıstan klubu ilə qarşılaşacaq

13:43 - 16 Oktyabr 2022

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz Naxçıvan” turnirə hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, ölkə çempionu "Kayrat"la (Qazaxıstan) ilə yoxlama oyunları keçirəcək.

​Oyunlar oktyabrın 21-də və 22-də baş tutacaq. Matçın keçirəcəyi məkan və vaxtla bağlı əlavə məlumat veriləcək. Bu üzdən, ölkə çempionunun 4-cü turda “Neftçi” İK ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər xətti