"Barselona"nın futbolçusu Frenki de Yonq yay "transfer pəncərəsi" Kataloniya klubundan nəyə görə ayrılmamasından danışıb.
Sportal.az "ZiggoSport"a istinadən xəbər verir ki, niderlandlı futbolçu "Barsa"da qaldığına görə şad olduğunu bildirib:
"Çelsi" və "Mançester Yunayted"dən təkliflər olanda da, sakit idim. Mayda komandada qalmaq qərarına gəldim. Fikrim heç vaxt dəyişməyib. Sakitliyimi qorudum və hər tərəfdən təzyiqlərin olacağı da aydın idi. "Barsa"da qalmaq istəyirdim, ona görə də bu, məni heç vaxt narahat etməyib".
