"Qarabağ"a qol vuran hücumçunu "Qalatasaray" istəyir

16:17 - 16 Oktyabr 2022

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Polşanın "Lex" klubunun forvardı Mixael İsakla maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

"Sarı-qırmızılar" mövsümün sonunda Poznan təmsilçisi ilə müqaviləsi başa çatan isveçli qolçunu pulsuz transfer etməyi planlaşdırır.

 

Qeyd edək ki, Mixael İsak "Lex"ə 2020-ci ilin yayında "Nürnberq"dən transfer olunub. 29 yaşlı hücumçu cari mövsümdə Polşa klubunu heyətində meydana çıxdığı 19 oyunda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Təcrübəli futbolçu Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la ilk matçında (1:0) komandasının yeganə qolunu vurmuşdu.

Xəbər xətti