ÇL: "Araz-Naxçıvan"ın oyunlarını idarə edəcək hakimlər məlum oldu

11:32 - 17 Oktyabr 2022

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarına təyinatlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmaları Fransa, Çexiya, Slovakiya və İspaniyadan olan referilər idarə edəcək:

 

Hakimlər: Chaix Viktor (Fransa), Jan Kresta (Çexiya), Lukas Peska (Slovakiya), David Abtequya Urdanoz (İspaniya)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

 

Qeyd edək ki, bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

 

26 oktyabr

Araz-Naxçıvan – Orebro (İsveç)

 

27 oktyabr

Loznika Qrad (Serbiya) - Araz-Naxçıvan

 

29 oktyabr

Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan

Xəbər xətti